"SUÇİÇƏYİ" İNFEKSİON XƏSTƏLİK HAQQINDA MƏLUMAT

13 mart tarixində məktəb-liseyin tibb bacısı Ləzifə Binyətova tərəfindən IVa, VIIb sinif şagirdləri ilə “Suçiçəyi xəstəliyi” mövzusunda maarifləndirici söhbət aparıldı. Söhbət zamanı qeyd olundu ki, xəstəliyi daha da rahat keçirtmək üçün bir sıra gigiyenik qaydalara riayət etmək lazımdır- əllər təmiz saxlanılmalı, pəhrizə riayət edilməli və çalışmaq lazımdır ki, bədənə su dəyməsin.
Sonda şagirdlər onları maraqlandıran sualları verdilər.