10 "A" sinif şagirdi Turqut Nəhmətnin yaradılıcığı haqqında məlumat

     Məktəbin 10 "A" sinif şagirdi Turqut Nəhməti ədəbi yaradıcılıq sahəsində ilk uğurlu addımlarını atmaqdadır. Onun qələmə aldığı "Sular Hədiyyəsini Geri Alır" adlı hekayəsi oxucuda dərin təəssürat yaradır.
     Bu əsərdə Turqut tarixi bir şəxsiyyət olan Napoleonun həyatından maraqlı bir epizodu təsvir etmiş, ona ustalıqla bədii çalarlar qatmışdır. Müəllif hekayədə yalnız hadisələri təsvir etməklə kifayətlənmir, həm də insanın daxili aləmini, zəkanın gücünü, sevgini və itkinin acısını incəliklə təqdim edir.
     Turqutun hekayəsi orijinal süjet xətti, obrazlı təsvirlər və düşünülmüş kompozisiya quruluşu ilə seçilir. Xüsusilə şahmat taxtası üzərindəki oyunun dramatizmi və əsərin faciəli sonluğu hekayəyə dərin emosiya qatır. Bu yazı göstərir ki, Turqut istedadlı bir gəncdir və gələcəkdə ədəbi sahədə böyük uğurlar qazana bilər.
     Məktəb rəhbərliyi və müəllim kollektivi olaraq Turqut Nəhmətinin bu uğurunu yüksək qiymətləndirir, ona daha böyük yaradıcılıq nailiyyətləri arzulayırıq.
 
           
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi