"Gənc bioloqlar" dərnəyinin üzvlərinin "Altıağac Milli Parkı" na ekskursiyası

     19 aprel tarixində məktəbdə fəaliyyət göstərən “Gənc bioloqlar” dərnəyinin bir qrup üzvü dərnək rəhbəri Nərgiz Əliyevanın iştirakı ilə “Altıağac Milli Parkı”nda ekskursiyada olmuşlar. 
     Ekskursiyanın məqsədi — şagirdlərə təbiəti sevməyi, onun qorunmasının vacibliyini anlatmaq, milli sərvətlərimizin dəyərini onlara əyani şəkildə göstərmək və təbiətə qarşı məsuliyyət hissini formalaşdırmaq idi. Bununla yanaşı, şagirdlərimizin ekoloji biliklərini artırmaq və əylənərək öyrənmək metodunu tətbiq etməklə onların təbiətə bağlılığını daha da gücləndirmək əsas hədəfimiz olmuşdur.
     Ekskursiya zamanı şagirdlər Altıağac Milli Parkının zəngin flora və faunası ilə yaxından tanış oldular, qoruqlarımızın təbiətimizin qorunmasında nə qədər mühüm rol oynadığını əyani olaraq gördülər. Təbiəti sevmək, ona dəyər vermək və gələcək nəsillərə sağlam bir mühit miras qoymaq kimi dəyərlər onlara bir daha aşılandı.
     Ümidvarıq ki, bu səfər onların yaddaşında silinməz iz buraxacaq və gələcək fəaliyyətlərində də təbiətə qayğı ilə yanaşmaq, ekoloji dəyərlərə sahib çıxmaq kimi vərdişlər formalaşacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi