23 Aprel - Dünya kitab və müəllif hüquqları günü
21 aprel tarixində məktəbimizin kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə 23 Aprel – "Dünya Kitab və Müəllif Hüquqları Günü" münasibətilə məktəbin foyesində geniş plakatlardan ibarət guşə və kitab sərgisi təşkil olunmuşdur.
Sərginin təşkil olunmasında əsas məqsəd şagirdlər arasında mütaliə mədəniyyətinin və oxu vərdişlərinin inkişaf etdirilməsi, kitaba marağın artırılması, kitabın həyatımızdakı rolunun aşılanması olmuşdur.