XI sinif buraxılış imtahan nəticələri qürurverici oldu

     Məktəbin XI sinif şagirdləri buraxılış imtahanlarında yüksək nəticələr göstərərək bizə böyük sevinc və fəxr hissi yaşatdılar.
     13 şagirdimiz 250 baldan yuxarı, ümumilikdə 24 şagirdimiz isə 200 baldan artıq nəticə əldə etmişdir. Bu uğurlar şagirdlərimizin əzmkarlığının, müəllimlərimizin peşəkarlığının və məktəbimizin təhsil uğurlarına verdiyi önəmin bariz nümunəsidir.
     Bu münasibətilə məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev yüksək nəticə əldə edən şagirdlərlə görüş keçirmişdir. Görüş zamanı o, şagirdləri qazandıqları uğura görə təbrik etmiş, qarşıdakı imtahanlarda və həyat yollarında onlara daha böyük nailiyyətlər arzulamışdır. Eyni zamanda, bu uğurlarda əməyi keçən bütün müəllimlərə dərin təşəkkürünü ifadə etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi