Alış-veriş və Riyaziyyat

1 "A" sinif şagirdləri riyaziyyat dərsində “Alış-veriş” mövzusunu ibtidai sinif müəllimi Günəş Əliyevanın rəhbərliyi ilə maraqlı və əyani şəkildə öyrəniblər.
Bu dərsin əsas məqsədi şagirdlərdə sadə toplama və çıxma bacarıqlarını formalaşdırmaq, pul vahidləri ilə tanış etmək və real həyatla əlaqələndirilmiş riyazi düşüncə tərzini inkişaf etdirmək olub.
Dərsdə şagirdlər “satıcı” və “alıcı” rollarını canlandıraraq alış-veriş oyununda iştirak ediblər. Oyuncaqlar, kağız pullardan və əyani vəsaitlərdən istifadə edərək uşaqlar müxtəlif məhsulları “alıb-sataraq” həm əylənib, həm də riyazi əməliyyatları təcrübədə tətbiq ediblər. Bu yanaşma onların dərsə marağını artırmaqla yanaşı, mövzunu daha yaxşı qavramalarına şərait yaradıb.