Milli dəyərlərimizi qoruyaq

     Məktəbin tədbirlər planına əsasən “Dəyərlərimizi qoruyaq” şüarı altında keçiriləcək milli mətbəximizi və musiqimizi təbliğ edən silsilə tədbirlərin təşkili planlaşdırılır. Tədbirin keçirilməsində əsas məqsəd – şagirdlərə xalqımıza məxsus milli dəyərləri – milli mətbəx və musiqi irsimizi tanıtmaq, onları qorumağa və gələcək nəsillərə ötürməyə təşviq etmək olacaq.
     Bu məqsədlə məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevin rəhbərliyi ilə 7-8-ci sinif rəhbərlərinin iclası keçirilib. İclas zamanı müəllimlərə “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri və “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı milli musiqi günlərinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib, tədbirin məqsədi və keçirilmə qaydası izah olunub. 
     Kulinariya günləri çərçivəsində şagirdlər Azərbaycan mətbəxinin zənginliyi, bölgələrə xas yeməklər və onların hazırlanma qaydaları ilə tanış olacaq, evdə valideynləri ilə birlikdə hazırladıqları milli təamları məktəbdə təqdim edəcəklər.
     Milli musiqi günlərində isə şagirdlərə muğam, aşıq sənəti, xalq mahnıları və musiqi alətlərimiz barədə məlumat veriləcək, onların ifasında milli musiqilər səsləndiriləcək və tanınmış sənətkarlarımız haqqında təqdimatlar nümayiş etdiriləcək.
     Şagirdlərin fəal iştirakı ilə keçiriləcək bu tədbirlərin milli kimliyin formalaşmasında və vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması nəzərdə tutulur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi