IX sinif şagirdləri üçün seminar keçirilmişdir
Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən 9-cu sinif şagirdləri üçün "İmtahan stressi" mövzusunda maarifləndirici seminar təşkil olunub. Seminarın məqsədi şagirdlərdə imtahanlara hazırlıq prosesində yarana biləcək psixoloji gərginliyi azaltmaq, onlara düzgün yanaşma yollarını öyrətmək və özlərinə inam hissini gücləndirmək olub.
Seminar zamanı psixoloq Nuriyyə Məmmədova imtahan öncəsi və zamanı yaşanan stressin səbəbləri, onun insan psixologiyasına təsiri və bu stresslə mübarizə üsulları haqqında ətraflı məlumat verib. O, şagirdlərə zamanın düzgün idarə olunması, diqqətin cəmlənməsi, motivasiyanın artırılması və rahatlaşdırıcı nəfəs məşqləri kimi bir sıra faydalı texnikaları tətbiqi ilə bağlı praktiki tövsiyələr verib.
Seminarın sonunda Nuriyyə Məmmədova bildirib ki,, imtahan həyatda yalnız bir mərhələdir və əsas məqsəd yalnız yüksək nəticə əldə etmək deyil, həm də bu mərhələdən sağlam psixoloji durumla keçməkdir. Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və onların imtahanlara daha inamlı və sakit yanaşmalarına stimul verib.