Aprel döyüşləri bizim şanlı hərbi qələbəmiz!

     Məktəbdə Vətənpərvərlik ruhunu yüksəltmək, şagirdlərə vətən sevgisini aşılamaq məqsədilə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, müəllimlər və şagirdlər iştirak ediblər.
     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Tədbirdə çıxış edən məktəb direktoru Rəhman Hacıyev Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində mühüm yer tutduğunu vurğulayıb. O, bu döyüşlərin ordumuzun gücünü və xalqımızın birliyini bir daha nümayiş etdirdiyini bildirib. Müəllimlər və şagirdlər də çıxış edərək qəhrəman şəhidlərimizin igidliyindən, vətən sevgisindən danışıb, onların göstərdiyi şücaətin daim yaddaşlarda yaşayacağını qeyd ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi