Təbrik edirik

     Məktəbin IX sinif şagirdi Mehdi İskəndərli 2025-ci tədris ilinin ilk üç ayı ərzində bir sıra beynəlxalq riyaziyyat olimpiadalarında yüksək nəticələr əldə edib.
     O, IMEC (International Mathematics Education Competition) beynəlxalq riyaziyyat olimpiadasında gümüş medal,
     Brainicas Riyaziyyat Olimpiadasında gümüş medal,
Beynəlxalq Riyaziyyat Kopernik Olimpiadasında bürünc medal,
     NEO (New Educational Open-air) Olimpiadasında riyaziyyat üzrə gümüş medal qazanaraq böyük uğura imza atıb.
     Mehdi bu nailiyyətləri ilə ABŞ-ın Nyu-York şəhərində bu ilin iyun ayında keçiriləcək qrand-final mərhələsinə dəvət alıb.
     Məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev Mehdi İskəndərlini qazandığı uğurlara görə təbrik edib, ona qarşıdakı yarışlarda daha böyük nailiyyətlər arzulayıb.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi