Reproduktiv Sağlamlıq və Gigiyena

10-12 yaş qrupuna daxil olan qızlarla reproduktiv sağlamlıq mövzusunda maarifləndirici söhbət aparıldı. Görüş zamanı şəxsi gigiyena qaydaları, düzgün qidalanma, sağlam həyat tərzi və psixoloji sağlamlığın önəmi haqqında məlumat verildi. Qızlara öz sağlamlıqlarına diqqət yetirməyin vacibliyi vurğulandı və onların sualları cavablandırıldı. Məqsəd, yeniyetmələrin bədənlərini tanımalarına və sağlam vərdişlər qazanmalarına dəstək olmaq idi.