ATİAHİ İttifaq üzvü olan təhsil işçiləri üçün ödənişsiz psixoloji dəstək təlimi təşkil edir
Yanvar ayından etibarən ATİAHİ-nin dəstəyi ilə “Orvita”, "Neuro Academy" və "NR İnklüziv" Psixoloji Mərkəzlərinin təşkilatçılığı ilə ittifaq üzvü olan təhsil işçiləri üçün psixoloji dəstək təlimləri keçirilir. Bu çərçivədə ATİAHİ Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə məktəbdə təhsil işçiləri üçün psixoloji dəstək təlimi təşkil olunmuşdur.
Təlimdə ATİAHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, klinikanın psixoloqu Dr. Lətifə Cavadova və Respublika Komitəsinin əməkdaşı Nadir Muradov iştirak etmişdir.
Təlimlərin əsas məqsədi təhsil müəssisələrində çalışan işçilərə psixoloji dəstək göstərmək, onların sağlam düşüncə və emosional rifahını gücləndirmək, psixoloji narahatlıqları aradan qaldırmaq, şəxsi inkişaflarına töhfə verməklə yanaşı, şəxsiyyətyönümlü şagirdlərin yetişdirilməsinə motivasiya yaratmaqdır.