Yurdumuza Novruz Gəlir
12.03.2025-ci il tarixində məktəbin foyesində kitabxana müdiri Fərəcova Ülviyyə və kitabxanaçı Yusubova Rayihənin təşkilatçılığı ilə xalqımızın adət-ənənələrini əks etdirən kitab və plakat sərgisi təşkil olunub.
Sərginin əsas məqsədi milli dəyərlərimizin qorunması, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin vacibliyini şagirdlərə çatdırmaqdır.
Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən dəyərli yadigarlardan biridir.
"Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır."
Heydər Əliyev