Məktəbdə Novruz Bayramı coşğusu

     Bu gün məktəbdə Novruz bayramı münasibətilə "Novruz gəlir - Yaz gəlir!" adlı rəngarəng və yaddaqalan bir tədbir keçirildi. Novruzun gəlişi ilə birlik, həmrəylik və milli dəyərlərimizi yaşadan bayram tədbiri hər kəsə xoş ovqat bəxş etdi. Şagirdlərin hazırladığı maraqlı çıxışlar, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər, şeirlər, mahnılar və rəqslər bayram ab-havasını daha da gözəlləşdirdi.
     Tədbirdə məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, müəllimlər və şagirdlər birlikdə yumurta toqquşdurub, yallı gedərək, bayramın coşqusunu artırıblar. Bayram süfrəsində şirniyyatlarımız – şəkərbura, paxlava, qoğal, səməni ilə bəzədilmiş gözəl süfrə qurulub, Novruzun bolluq və bərəkət rəmzi olduğu bir daha vurğulanıb.
     Novruz yeni gün, yeni başlanğıc, ümid və baharın müjdəçisidir. Qoy bu bayram hər evə ruzi-bərəkət, sevinc və xoş günlər gətirsin! Hər kəsə bahar təravətli günlər, sağlamlıq, firavanlıq arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi