Kitaba və Biliyə səyahət

Məktəbin şagirdləri Azərbaycanın qabaqcıl nəşriyyatı olan və “Hər gün yeni bir kitab” devizi ilə fəaliyyət göstərən "Qanun Nəşriyyatı" nın qonağı olublar. Səfərin əsas məqsədi şagirdlərdə kitab sevgisini artırmaq, onların mütaliəyə marağını gücləndirmək və nəşriyyat işi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Görüş zamanı şagirdlər nəşriyyatın təsisçisi Şahbaz Xuduoğlu ilə səmimi söhbət edib, kitabların hazırlanma prosesi, nəşriyyatın fəaliyyəti və mütaliənin insan inkişafında oynadığı rol haqqında ətraflı məlumat alıblar. Daha sonra şagirdlər maraqla nəşriyyatın kitab çalarını gəzib, müxtəlif janrlarda olan əsərlərlə tanış olublar. Sonda isə onlar özləri üçün maraqlı kitablar seçərək mütaliə dünyasına yeni səyahətə başladılar.
Bu səfər şagirdlərə kitabların dəyərini daha dərindən anlamağa, onların oxuma vərdişlərini inkişaf etdirməyə və biliklərini genişləndirməyə böyük töhfə verdi.