Şagirdlər üçün gün enerjili və pozitiv başlayır

5-ci sinif şagirdləri üçün gün enerjili və pozitiv başlayır! Onların ilk dərsi fiziki tərbiyə olduğu üçün səhər gimnastikasını böyük həvəslə yerinə yetirirlər. Gimnastika zamanı şagirdlər bədənlərini oyadır, əzələlərini isinidir və gün boyu daha aktiv olmağa hazırlaşırlar. Bu, həm sağlamlıqlarına müsbət təsir edir, həm də dərs zamanı diqqətlərini cəmləməyə kömək edir. Şagirdlərin idmana maraq göstərməsi və fiziki aktivliyə önəm verməsi onların sağlam və gümrah böyüməsinə şərait yaradır.