Voleybol yarışı keçirilib

   İdmanın inkişafına və şagirdlərin fiziki aktivliyinin artırılmasına dəstək məqsədilə məktəbimizdə İdman Gününə həsr olunmuş voleybol yarışı keçirilib. 7 mart tarixində baş tutan yarış məktəbin fiziki tərbiyə müəllimi Natiq Hüseynovun təşkilatçılığı ilə gerçəkləşib.
     Yarışda oğlan komandaları iştirak edərək öz sürət, çeviklik və komanda ruhunu nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizələr fonunda şagirdlər idmanın əhəmiyyətini bir daha dərk edərək, sağlam həyat tərzinə maraqlarını artırıblar.
     Bu yarışın əsas məqsədi məktəblilər arasında idmana olan marağı artırmaq, onların fiziki və psixoloji inkişafına töhfə vermək, eyni zamanda dostluq və komanda işini gücləndirmək olub.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi