8-ci sinif şagirdləri arasında qol güləşi yarışı keçirilib

7 mart tarixində məktəbin idman zalında 8-ci sinif şagirdləri arasında qol güləşi yarışı keçirilib. Bu yarış, şagirdlər arasında güc, dözümlülük və idman ruhunu inkişaf etdirmək məqsədi daşıyıb. Gərgin və maraqlı mübarizələr fonunda iştirakçılar öz bacarıqlarını nümayiş etdirib, idmanın əhəmiyyətini bir daha dərk ediblər. Yarış həm rəqabət, həm də dostluq ab-havasında keçib.