Təbrik edirik

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev qadın müəllimləri və texniki işçiləri bu əlamətdar gün münasibətilə təbrik edib, onların təhsil və məktəb həyatında oynadığı mühüm rolu vurğulayıb. O, qadınların cəmiyyətin inkişafındakı əvəzsiz xidmətlərini qeyd edərək, onların fədakar əməyinin daim yüksək qiymətləndirildiyini bildirib. Tədbir çərçivəsində bir qrup müəllim və texniki işçiyə səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim olunub. Məktəb kollektivinin nümayəndələri də çıxış edərək, qadın müəllim və işçilərə xoş arzularını çatdırıblar.