7 Mart - İdman və Bədən Tərbiyəsi Gününə həsr olunmuş şahmat yarışı keçirilib

Şagirdlər arasında strateji düşüncəni inkişaf etdirmək, intellektual bacarıqları artırmaq və şahmata marağı təşviq etmək məqsədilə 7 mart tarixində İdman və Bədən Tərbiyəsi Gününə həsr olunmuş şahmat yarışı keçirilib. Yarışda iştirak edən şagirdlər məntiqi düşüncələrini və sürətli qərarvermə bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı keçən yarışda qaliblər müəyyən olunub və iştirakçılar mükafatlandırılıb. Yarış fiziki tərbiyə müəllimi Aytən Mircəfərova tərəfindən təşkil edilib.