Basketbol yarışı keçirilib

İdman və bədən tərbiyəsinin inkişafını təşviq etmək, şagirdlər arasında sağlam həyat tərzini və komanda ruhunu formalaşdırmaq məqsədilə 6 mart tarixində məktəbin idman zalında 10-cu siniflər arasında basketbol yarışı keçirilib. Şagirdlər böyük həvəslə yarışa qatılaraq öz bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarış 3:9 hesabı ilə başa çatıb. Yarış fiziki tərbiyə müəllimləri Yusibova Ella və Seyidzadə Sevdayə tərəfindən təşkil edilib və idarə olunub.