"Bilbacar" layihəsinin fevral ayı üçün nəzərdə tutulmuş növbəti turu uğurla başa çatıb.
"Bilbacar" layihəsinin fevral ayı üçün nəzərdə tutulmuş növbəti turu 27 fevral tarixində keçirilmişdir. Bu layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müvafiq əmrinə əsasən həyata keçirilir və 14-15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilikləri gündəlik həyatda tətbiq etmə bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Şagirdlərimizə "Bilbacar" layihəsinin növbəti mərhələlərində də uğurlar arzulayırıq!