Məktəbdə sinif rəhbərlərinin iclası keçirildi

27 fevral tarixində məktəbdə sinif rəhbərlərinin iclası keçirildi. İclası məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev açaraq məktəbin tədris keyfiyyətinin artırılması, şagirdlərin intellektual, psixoloji və sosial inkişafına yönəlmiş tədbirlərin əhəmiyyətindən bəhs etdi.
İclasın keçirilməsində əsas məqsədi sinif rəhbərlərinin fəaliyyətini sistemləşdirmək, təlim prosesinin təşkili və şagirdlərin tədris nailiyyətlərinin izlənilməsində effektiv metodları müzakirə etmək idi. Məktəbdaxili qaydalara riayət olunmasının həm müəllim heyəti, həm də şagirdlər üçün vacibliyi xüsusi vurğulandı. Müzakirələr zamanı sinif rəhbərlərinin vəzifələri, şagirdlərin davamiyyəti və intizamı ilə bağlı görüləcək işlər, eləcə də qarşıya çıxan problemlərin həlli yolları geniş şəkildə təhlil edildi. Hər bir şagirdin fərdi inkişafına dəstək olmaq üçün onların uğur və çatışmazlıqlarının qeydiyyatı və vaxtında dəstəyin göstərilməsi prioritet məsələlərdən biri kimi diqqətə çatdırıldı. Yekunda məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev sinif rəhbərlərinə göstərdikləri səylərə görə təşəkkür edib, onların qarşısında duran vəzifələrin əhəmiyyətini bir daha vurğuladı. Məktəb rəhbərliyi və müəllim heyətinin birgə səyi ilə şagirdlərin təlim-tərbiyə prosesində daha yüksək nəticələr əldə ediləcəyinə inam ifadə olundu.