26 Fevral – "Xocalı faciəsi"
26.02.2025-ci il tarixində məktəbin müəllim kollektivi və şagirdləri Xocalı faciəsinin qurbanlarına həsr olunmuş "Ana harayı" abidəsini ziyarət etmişlər. Onlar abidənin önünə çiçəklər qoyaraq, Xocalı qurbanlarının müqəddəs ruhuna ehtiram göstərmiş, bu dəhşətli faciədə həlak olan günahsız insanların xatirəsini yad etmişlər. Bu ziyarətin əsas məqsədi Xocalı faciəsinin qurbanlarını anmaq, bu qanlı hadisənin tarixi əhəmiyyətini şagirdlərə çatdırmaq, onlarda vətənpərvərlik hissini gücləndirmək və milli-mənəvi dəyərlərə sahib çıxmaq ruhunu formalaşdırmaqdır. Xocalı faciəsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin tarixinə qara ləkə kimi yazılmış ən dəhşətli soyqırımlardan biridir. Günahsız insanların amansızcasına qətlə yetirilməsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə ötürüləcəkdir!