26 Fevral – "Xocalı faciəsi"
25.02.2025-ci il tarixində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə məktəbin foyesində "Xocalı faciəsinin" 33-cü ildönümü ilə əlaqədar geniş kitab və plakatlardan ibarət sərgi təşkil olunmuşdur. Bu sərginin təşkil edilməsində əsas məqsədi Xocalı soyqırımı haqqında şagirdlərə və məktəb ictimaiyyətinə geniş məlumat vermək, faciənin dəhşətlərini unutmamaq və gələcək nəsillərə çatdırmaq, eyni zamanda, vətənpərvərlik ruhunu gücləndirməkdir. Tarixin ən dəhşətli faciələrindən biri olan "Xocalı faciəsi" təkcə Azərbaycana və onun xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş misli görünməmiş ağır cinayətdir.