"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində təlim keçirildi.

24 fevral 2025-ci il tarixində Təhsil Nazirliyi və Training Plus MMC-nin birgə təşkil etdiyi "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində məktəbin V-VIII sinif şagirdləri üçün rəqəmsal savadlılıq, kibertəhlükəsizlik, kibercinayətlər, kiberbullinq və rəqəmsal vətəndaşlıq mövzularında maarifləndirici təlim keçirilib. Təlim zamanı şagirdlərlə adıçəkilən mövzular ətrafında müzakirələr aparılıb, buzqıran oyunlar və komanda işləri təşkil edilib. Sonda iştirakçılara bukletlər və sertifikatlar təqdim olunub. Təlimçi Günay İbrahimova tərəfindən aparılan bu təlim şagirdlər üçün faydalı və interaktiv olub. Təlimin keçirilməsində əsas məqsədi şagirdlərin rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını mənimsəməsi, kibertəhlükələrə qarşı şüurlu yanaşma formalaşdırması və internetdən səmərəli istifadə bacarıqlarını inkişaf etdirməsi olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi