21 Fevral – Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş tədbir
20 fevral tarixində məktəbin foyesində ibtidai sinif müəllimi Sevda Məmmədyarovanın təşkilatçılığı ilə 4 "A" sinif şagirdlərinin iştirakında "21 Fevral – Beynəlxalq Ana Dili Günü" münasibətilə tədbir keçirildi. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər səsləndirdilər, milli ruhda mahnılar ifa etdilər. Onların hər bir çıxışı Azərbaycan dilinə olan sevgi və hörmətin bariz nümunəsi idi. Bu cür tədbirlərin keçirilməsi şagirdlərin ana dilimizə bağlılığını daha da möhkəmləndirir, onu qorumaq və inkişaf etdirmək məsuliyyətini bir daha xatırladır. Ana dilimiz bizim varlığımızdır! Gəlin, onu sevək, qoruyaq və gələcək nəsillərə ötürək!