Təbrik edirik
13 - 17 yanvar 2025-ci il tarixində Bakı şəhərində Şahmat Federasiyasının keçirdiyi Bakı Birinciliyində məktəbin 3 "A" sinif şagirdi Həşimli Oğuzxan, 2015-2016-cı il təvəllüdlü oğlanlar arasında göstərdiyi yüksək nəticə ilə şahmat idman növü üzrə 2-ci dərəcə qazandı. Bu uğurlu nəticə sayəsində Oğuzxan dərəcə normativini dolduraraq böyük bir nailiyyət əldə etdi. Məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev şagirdlə xatirə şəkli çəkdirib, onu təbrik etmiş və gələcəkdə daha böyük uğurlar arzulamışdır.