21 Fevral - Beynəlxalq Ana Dili Günü
19 fevral tarixində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə məktəbin foyesində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş plakat və kitab sərgisi keçirildi. Ana dili insanın mənəvi zənginliyinin inkişafında, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında və soydaşları ilə səmərəli ünsiyyət qurmasında mühüm rol oynayır. Bu sərgi məktəblilərdə ana dilinə olan sevgini artırmaq, dilin qorunması və düzgün istifadəsinin vacibliyini vurğulamaq məqsədi daşıyır. Şagirdlər sərgi vasitəsilə dilimizin zənginliyini və gözəlliyini daha dərindən dərk etmiş, ana dilinin əhəmiyyətini bir daha mənimsəmişlər. Bu cür tədbirlər gələcək nəsillərdə dil şüurunu formalaşdırmaq baxımından xüsusi önəm kəsb edir.