Dövlət İmtahan Mərkəzi imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb.

5 fevral 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib. İştirakçılar görüşdən öncə DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının əhəmiyyəti barədə danışıb. M.Abbaszadə imtahanların şəffaf keçirilməsində və kütləvi proseslərin idarə olunmasında zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM-in kollektivi adından təşəkkür edib. Tədbirdə məktəbin biologiya fənn müəllimi Cəmalə Zeynalova da iştirak edib və DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən Fəxri fərmanla təltif olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi