İmtahan həyəcanı

Məktəbin psixoloqu Nuriyyə Məmmədova 11-ci sinif şagirdləri ilə "İmtahan həyəcanı" mövzusunda psixoloji söhbət keçirdi. Görüş zamanı şagirdlərə imtahan həyəcanının səbəbləri, onunla mübarizə üsulları və psixoloji tarazlığın qorunması barədə məlumat verildi. Söhbət zamanı psixoloq şagirdlərə özünəinamı artırmaq, düzgün vaxt idarəetməsi və pozitiv düşüncənin əhəmiyyəti barədə tövsiyələr verdi. Tədbirin məqsədi şagirdlərin imtahan dövründə daha sakit və inamlı olmalarına dəstək olmaq idi.