Şəxsi gigiyena qaydaları

12.02.2025-ci il tarixində məktəbin Uşaq Birliyinin Təşkilat Rəhbəri Şıxıyeva Turanə və məktəbin tibb bacısı Mustafayeva Rəsmiyyə tərəfindən siniflərdə "Şəxsi gigiyena qaydaları" mövzusunda şagirdlərə ətraflı məlumat verildi. Müzakirə zamanı şəxsi gigiyenanın əhəmiyyəti, düzgün əl yuma, şəxsi əşyaların istifadəsi və gigiyenik vərdişlərin sağlamlığa təsiri barədə danışıldı. Eyni zamanda şagirdlərin dırnaqlarına, saçlarına və ümumi gigiyenik vəziyyətlərinə nəzarət edildi. Bu tədbirin məqsədi şagirdlərdə gigiyenik vərdişlərin formalaşdırılması və sağlam həyat tərzinin təbliği idi.