Məktəbdə valideyn iclasları keçirilib

Məktəbin akt zalında müxtəlif siniflər üzrə valideyn iclasları keçirilib. İclaslarda məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Əhmədova, psixoloq Nuriyyə Məmmədova, sinif rəhbərləri və fənn müəllimləri iştirak ediblər. İclasda sinif rəhbərləri valideynləri keçirilən BSQ və birinci yarımilin qiymətləndirmə nəticələri ilə tanış ediblər. Məktəbin direktoru Rəhman Hacıyev valideynləri ikinci yarımildə qarşıda duran məsələlərlə tanış etmiş, buraxılış sinifləri üçün qarşıda duran çətinliklərdən və bu mərhələnin şagirdlərin gələcək təhsili üçün həlledici rol oynadığından bəhs etmişdir. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Əhmədova siniflərdə şagirdlərin dərsə davamiyyəti, məktəbli forması, eləcə də telefon və internetin mənfi təsirləri haqqında danışaraq, valideyn-müəllim əməkdaşlığının vacibliyini vurğulayıb. Psixoloq Nuriyyə Məmmədova yeniyetmələrin psixoloji inkişafı, imtahan stressi ilə mübarizə yolları və ailə dəstəyinin əhəmiyyəti barədə valideynlərə tövsiyələr verib. Daha sonra fənn müəllimləri ayrı-ayrılıqda şagirdlərin nailiyyətlərini dəyərləndirərək, onların inkişafı üçün diqqət yetirilməli məqamları qeyd ediblər. Sonda valideynlərin rəy və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb.