Şagirdlərə Polis Akademiyasına qəbul qaydaları haqqında məlumat verildi

     13 yanvar  tarixində məktəbdə DİN-in Polis Akademiyasının nümayəndəsi, polis leytenantı Həzrət Sevdimov və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Yeganə Zeynalovanın iştirakı ilə IX-XI sinif şagirdlərinin gənclərin DİN sistemində təhsilə və xidmətə təşviqi mövzusunda görüş keçirilmişdir.
     Görüş zamanı şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, akademiyada mövcud olan maddi-texniki baza və sosial şərait barədə ətraflı məlumat verilmişdir. Bununla yanaşı, gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq və sağlam ruhda böyümələri üçün dəyərli tövsiyələr təqdim edilmişdir.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi