Maraqlı və yaradıcı bir dərs
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı 8"Ç" sinfində maraqlı və yaradıcı bir dərs təşkil edilib. Sinif rəhbəri, ingilis dili fənn müəllimi Zeynab Xəlilova, əvvəlcədən şagirdlərin böyüyəndə sahib olmaq istədikləri peşələr barədə sorğu keçirib. Sorğunun nəticəsinə əsasən, şagirdlərin seçdikləri peşələrdə necə görünəcəkləri xüsusi təsvirlər və şəkillər vasitəsilə əks etdirilib. Bu təşəbbüsün məqsədi şagirdlərin dərs nailiyyətlərini artırmaq və onlara daha güclü motivasiya vermək olub. Maraqlı və qeyri-adi yanaşma şagirdlər tərəfindən böyük həvəslə qarşılanıb və dərsin daha maraqlı keçməsini təmin edib.