Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu faciəvi hadisə ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi haqqında Sərəncam imzalayıb.
Bu faciə ilə əlaqədar olaraq, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmalarını arzulayırıq. Təyyarə qəzasında həlak olanların ruhu saat 12:00-da məktəb kollektivi tərəfindən 1 dəqiqəlik sükutla yad edilmişdir. Allah rəhmət eləsin.