Naxçıvanın 100 illik yubileyi ilə bağlı nümunəvi dərs keçirilib
"Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamına uyğun olaraq, məktəbin coğrafiya fənn müəllimi İradə Rzayeva tərəfindən rus bölməsində nümunəvi dərs keçirilib.
Dərsdə şagirdlərə Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında ətraflı məlumat verilib.
Müəllim Naxçıvanın Azərbaycan tarixindəki əhəmiyyətini vurğulayaraq, onun strateji və mədəni önəmini şagirdlərin diqqətinə çatdırıb. Dərs maarifləndirici və vətənpərvərlik ruhunu gücləndirən təşəbbüs kimi qiymətləndirilib.