Naxçıvanın təbii incisi

     Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə məktəbin biologiya fənn müəllimi Cəmalə Zeynalovanın təşkilatçılığında hazırlanan "Naxçıvanın təbii incisi" adlı təqdimat şagirdlərin fəal iştirakı ilə reallaşdı.
     Tədbirdə Naxçıvanın təbiəti, zəngin flora və faunası, qorunan əraziləri və təbii sərvətləri haqqında geniş məlumat verildi. Şagirdlər təqdimatda Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu və Arazboyu Qoruğu kimi təbiət incilərini tanıtdılar. Onlar bu ərazilərdə yaşayan nadir heyvan növləri – bezoar keçisi, muflon, ceyran, eləcə də leylək, çalağan kimi quşlar haqqında maraqlı məlumatlar paylaşdılar.
     Eyni zamanda, tədbirdə Naxçıvanın endemik bitkiləri, o cümlədən Qafqaz zəfəranı, yabanı nar və püstə ağacının ekosistem üçün əhəmiyyəti vurğulandı. Təbiətin qorunmasının və milli sərvətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi olaraq diqqətə çatdırıldı.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi