IX sinif şagirdləri arasında Naxçıvanın 100 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsi

     Bu gün məktəbin IX sinif şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirildi.         
     Müsabiqə zamanı şagirdlərə verilən vaxt çərçivəsində Naxçıvanın dünəni və bu günü, onun sosial-iqtisadi inkişafı, zəngin tarixi, mədəni irsi, tarixi abidələri və görkəmli şəxsiyyətləri barədə düşüncələrini ifadə etmək imkanı yaradıldı.
     Şagirdlər öz inşalarında Naxçıvanın Azərbaycanın mədəniyyətində və tarixində oynadığı mühüm rolu, qədim yurd yerinin milli irsimizdəki əhəmiyyətini vurğulayıblar. Onlar həm də Naxçıvanın müasir dövrdəki inkişafını, quruculuq işlərini və bu inkişafın əsas ilhamverici qüvvəsi olan ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini yüksək səviyyədə işıqlandırıblar.
     Müsabiqə şagirdlərin vətənpərvərlik hisslərini gücləndirmək, onların yazı qabiliyyətlərini inkişaf etdirmək və Naxçıvanın tarixini daha dərindən öyrənmələrini təmin etmək məqsədi daşıyırdı. Yazıların qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq və qaliblər yaxın günlərdə elan ediləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi