Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur

     Məktəbin VIII sinif şagirdləri Heydər Əliyev Mərkəzində maraqlı ekskursiyada iştirak ediblər. Ekskursiya zamanı şagirdlər mərkəzin zəngin ekspozisiyaları ilə tanış olub, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat əldə ediblər. Onlar, həmçinin, Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi misilsiz xidmətlər və ölkəmizin tarixi-mədəni irsinin qorunub saxlanılmasında oynadığı rol haqqında məlumatlanıblar. Bu cür ekskursiyaların təşkil edilməsi şagirdlərin vətənpərvərlik ruhunun güclənməsinə, milli dəyərlərə hörmətin və tariximizə marağın artırılmasına böyük töhfə verir. Ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də ilhamverici bir təcrübə olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi