Təhsil millətin gələcəyidir
Bu gün məktəbin 10 "B" sinifində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Təhsil millətin gələcəyidir" başlığı altında sinif təşkilat saatı keçirilib. Təşkilat saatında məktəbin tarix fənn müəllimi Gülgəz Süleymanova da iştirak edib və şagirdləri maraqlandıran sualları ətraflı cavablandırıb. Həmçinin, tarix müəllimi Ulu Öndərin təhsilin inkişafındakı rolu, onun gələcək nəsillərə göstərdiyi diqqət və qayğı barədə geniş məlumat verib. Sinif təşkilat saatlarının keçirilməsinin məqsədi şagirdlərin milli irsimizə və liderlərimizin əməllərinə daha yaxından bələd olmalarına şərait yaratmaqdır.