Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dərs
Məktəbin ingilis dili fənn müəllimi Gülarə Tağıyeva 10 "B" sinif şagirdləri ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ingilis dilində video film izləyiblər. Dərs zamanı şagirdlərə dahi liderin həyat yolu, Azərbaycan xalqı üçün gördüyü misilsiz işlər və onun irsinin əhəmiyyəti haqqında məlumat verilib. Belə dərslərin təşkil olunması gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.