12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür
"12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü" münasibətilə məktəbdə keçirilən tədbir böyük əhəmiyyət daşıyır. 11 dekabr 2024-cü il tarixlərində məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev və tarix fənni müəllimi Hafiz Azayevin iştirakı ilə foyedə şagirdlər üçün geniş məlumatlar təqdim edilib.
Tədbirdə Heydər Əliyevin zəngin həyat yolu, dövlət idarəçiliyində göstərdiyi müdrik fəaliyyət və Azərbaycanın inkişafında oynadığı rola dair ətraflı çıxışlar edilib. Hafiz və Rəhman müəllimlər Heydər Əliyevin milli maraqları qorumaq və Azərbaycanın müstəqilliyini möhkəmləndirmək sahəsində gördüyü işlərdən bəhs edərək, onun irsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə, vətənə sevgi və bağlılıq hisslərinin daha da möhkəmlənməsinə töhfə vermək, Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılması, onun göstərdiyi örnək yolunun öyrənilməsi gənclərin vətənə xidmət ruhunda yetişməsinə xidmət etməkdir.