Sehirli hisslər
Məktəbin psixoloqu Babayeva Şəbruz IV sinif şagirdlərinin psixoemosional vəziyyətini tədqiq etmək məqsədilə "Sehrli hisslər" adlı test keçirmişdir. Bu testin əsas məqsədi şagirdlərin emosional durumunu, hisslərini ifadə etmək bacarığını və daxili harmoniyasını qiymətləndirmək olmuşdur.
Test zamanı şagirdlər müxtəlif emosional vəziyyətlərə dair verilmiş suallara cavab vermiş və hisslərini ifadə etmək üçün yaradıcı tapşırıqlar yerinə yetirmişlər. Tədbir, şagirdlərin özlərini daha yaxşı tanımasına, emosional intellektlərinin inkişafına və daxili tarazlığın təmin edilməsinə dəstək olmaq məqsədi daşımışdır.
Belə tədbirlər uşaqların emosional sağlamlığının qorunması və məktəb mühitində onların özlərini daha rahat hiss etmələri baxımından əhəmiyyətlidir.