Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə filmi nümayiş olunub

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar, dahi musiqişünas alim və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub. Film nümayişində məktəbimizin müəllim və şagirdləri iştirak ediblər. Şagirdlərə öncə Mərkəzin ekspozisiya zallarında bələdçilər tərəfindən Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş eksponatlar haqqında məlumat verilib. Mərkəzin bələdçisi Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə, musiqi sənətinə verdiyi misilsiz töhfələrdən söz açıb, dahi bəstəkarın böyük xidmətləri haqqında maraqlı məlumatlar verib. Sonra şagirdlər “Əbədi iftixarımız” adlı bədii - sənədli filmi izləyiblər.