Məktəbdə Bilik günü qeyd edilib

"15 Sentyabr – yeni dərs ilinin başlanması münasibətilə məktəbimizdə “Bilik günü” tədbiri təşkil olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. İlk olaraq Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Elgün Əliyev çıxış edərək şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, uğurlar arzulayıb. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndiriblər. Xüsusi olaraq birinci sinif şagirdləri üçün ilk dərs günü böyük sevinc və həyəcanla yadda qalıb. Tədbir ənənəvi “İlk zəng” ilə başa çatıb və yeni dərs ilinə rəsmi start verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi