Məktəbdə ilk dərslər “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub

2025-2026-cı tədris ilinin ilk günü məktəbimizin II–XI siniflərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş dərslər keçirilib. Dərslərin əsas məqsədi şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi olub. Şagirdlərə Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın keçdiyi tarixi yol haqqında geniş məlumat verilib. Eyni zamanda, dərslərdə dövlət rəmzlərinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi də xüsusi diqqət mərkəzində olub.