Məktəbdə Etik Davranış Qaydaları ilə bağlı seminar keçirilib

Məktəbdə müəllimlərin peşə fəaliyyətində etik prinsiplərə riayət olunmasının vacibliyini vurğulamaq məqsədilə seminar təşkil olunub. Tədbirə məktəbin direktoru Elgün Əliyev rəhbərlik edib. Seminarda müəllimlərin işgüzar münasibətlərdə, təhsil prosesində və şagirdlərlə ünsiyyətdə etik davranış qaydalarına əməl etmələrinin əhəmiyyəti diqqətə çatdırılıb. Direktor çıxışında vurğulayıb ki, etik prinsiplərə sadiqlik həm məktəbin nüfuzunun qorunmasına, həm də sağlam pedaqoji mühitin formalaşmasına xidmət edir.