Müstəqilliyin əbədi, zəfərin davamlı olsun, Azərbaycan!" adlı tədbir
Müstəqillik günü Azərbaycan tarixinin ən yadda qalan günlərindən biridir.18 Oktyabr - Dövlət Müstəqilliyi Günü ulu öndər Heydər Əliyevin 1994-cü il 15 oktyabr tarixli fərmanı ilə hər il qeyd edilir. Lakin bu il Milli Məclisin “Müstəqillik Günü haqqında” qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Bununla əlaqədar olaraq məktəbin rus dili müəllimi Sevinc İsmayılova rəhbəri olduğu 8"A" sinif şagirdləri ilə birgə “Müstəqilliyin əbədi, zəfərin davamlı olsun, Azərbaycan!" adlı tədbir keçirib. Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın ruhu sükut dəqiqələri ilə anılıb. Şagirdləri ölkəmizə həsr olunmuş və vətənpərvər ruhda yazılmış şeirlərlə, mahnılarla çıxış ediblər. Müstəqillik yolunda ölkəmizin apardığı tarixi, şanlı mübarizə yolu,bu mübarizədə böyük rol oynamış şəxsiyyətlər haqqında geniş məlumat veriblər.