Təbrik edirik!Məktəbimizin VII a sinif şagirdi Mövsümova Lətifə Lütfi Zadə adına məktəblilərarası II Məntiq olimpiadasında fəal iştirakına görə sertifikatla təltif olunmuşdur. Təbrik edirik!
“Xocalı faciəsi qan yaddaşımızdır”26 fevral Xocalı soyqırımının XXVI ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzüsunda Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdləri araslnda keçirilən inşa yazı müsabiqəsində fərqləndiyinə görə məktəbimizin IX b sinif şagirdi Məmmədova Zümrüd Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşdur.
Fəxrimiz“Gənclər narkomaniyaya yox Deyir” devizi altında “Kikboksinq” üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq birinciliyində “36” kq çəki dərəcəsində 12-13 yaş qrupunda məktəbimizin VII b sinif şagirdi Salamov Sadiq I yerə layiq görülmüşdür. Təbrik edirik!